Ensklopediya
Dünya poeziyasının bənzərsiz bayraqdarı olan Nizami Gəncəvi dahi şair olmaqla yanaşı, həm də alim və mütəfəkkirdir. O, təbiətin inkişafını vəhdətə götürməklə materiyada gedən prosesləri–maddənin hal dəyişmələrini, yəni bir haldan digər hala keçdisə də itməməsi, kainatın yaranması, enerjinin saxlanması, ümümdünya cazibə qanunu, işıq və səs hadisələri, istilik, elektrik, maqnitazim problemlərinə dair fikir söyləməkdə öz dövrünün alimlərini xeli qabaqlamışdır. Şairin o dövrdə söylədiyi fikirlər bu gün bizi heyrətdə qoyur. Nizami «Leyli və Məcnun» əsərində çox böyük uzaqgörənliklə yazır:
*Bizdən kənarda da bir dərgah durur,
*Ağlayıb, sızlamaq onun yoludur.
Müasir elmin inkişaf səviyyəsi Nizaminin vaxtilə irəli sürdüyü fikirlərin bir qisminin döğruluğunu təsdiq edir. Vaxt gələr, elmin inkişaf səviyyəsi Nizaminin hələlik şübhə doguran bəzi elmi fikirlərinin də döğrulugunu təsdiq edər. Necə ki, hələ XII əsrdə Saturn planetinin həlqəsi haqqında ilk fikri Nizami Gəncəvi demişdir.
O, “Leyli və Məcnun” əsərində planetləri təsvir edərək Saturn (Keyvan) haqqında aşağıdakı beyti yazmışdır:
*Keyvan qulağına həlqə taxaraq,
*Qul kimi qaldırmış qara bir bayraq.
Dahi şair «Yeddi gözəl» əsərində mirvarinin balalaması məsələsini iki yerdə, yəni cansız cismin, kütlənin artması məsələsini açıq-aydın şərh edir. Eyni zamanda onların müxtəlif rənglilərinin müxtəlif keyfiyyətlərə malik balalamasını – artmasını belə təsvir edir.
*«Elə vaxt olar ki, gövhər daş doğar
*Kəhrəba rənglidən yaqut qaş doğar».

Dahi mütəfəkkir mirvari boyunbağının balalaması məsələsini nəzərə çatdırmaqla duyduğu çox böyük fikrə işarə etmişdir. Çoxlarına məlumdur ki, mirvari boyunda uzun müddət qaldıqda balalayır. Əgər mirvarini boyuna bağlayıb gəzdirməsək o bir müddət sonra nəinki balalamaz, hətta ovxalanıb tökülər. Ancaq onu boyunda saxladıqda dəri ilə sürtünmə nəticəsində elektrik enerjisi yaradır ki, bu enerji də daim onu təmin edərək balalamasına səbəb olur. Yəni enerji kütləyə, balaya çevrilir. Bəziləri deyə bilər ki, şair yalnız mirvarinin balalamasını şərh etmişdir.
Qətiyyən yox! Dahi şair hər bir fiziki prosesi şərh edərkən onu doğuran səbəbi bilmədən qələmə almamışdır. Odur ki, mirvari ilə boyunun dərisi arasında gedən prosesi duymasaydı dahi şair o qənaətə gələ bilməzdi. Bəlkə də mirvari canlı aləmlə cansız aləm arasında keçid yaradan bir varlıqdır. Onu da qeyd edək ki, şairin dərk edərək açdığı proseslərin yanında bu o qədər də mürəkkəb deyildir. Odur ki, Enşteyn kütlənin enerjiyə çevrilməsi nəzəriyyəsini XX əsrdə irəli sürmüşdürsə, dahi mütəfəkkir Nizami Gəncəvi hələ XII əsrdə enerjinin kütləyə çevrilməsi fikrini söyləmişdir.