Nizami Gencevi
Azərbaycan-Türkiyə Özəl Liseyləri

Həyatı

                                                                                             Nizami Gəncəvi                           
Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncədə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.


Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı В«Xosrov və ŞirinВ» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə В«Leyli və MəcnunВ» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə В«Leyli və MəcnunВ» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına В«Yeddi gözəlВ» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı В«İsgəndərnaməВ» (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.



 
 
 
*Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,
 
*Sarmışdı məmləkəti ədaləti, şəfqəti…
 
*Almaz türklyümü həbəş ölkəsi,
 
*Olmuş xoş dovğadan məhrum cümləsi.
 
¨
 
*Bir səs gəldi cahandan: – Ey qul, yetər əyləncə!
 
*Axı kimdi Nizami, axı, hardadı Gəncə?..
 
*Babilim, Harut yaxan əziz Gəncədir ancaq,
 
*Zöhrəmsə xatirimdir ulduz nurladan çıraq.
 
*Gəncənin zöhrəsisə Mizan bürcünə dəyər,
 
*O səbəbdən onda var bir ruhani məntiqlər.
 
  • Nizami Azərbaycanlıların sadəcə vətənsevəri deyil, həm də milli duyğularını daha çox qabardan bir şəxsiyyətdir. Bu şəxsiyyətlə sadəcə Azərbaycanlılar deyil, bütün türklər öyünməlidirlər. Farsca yazmasına baxmayaraq, heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmamışdır… Şərq ədibləri Nizamini, əsərlərinə yazılmış saysız-hesabsız bənzətmələrdən də göründüyü kimi, özlərinə «Məsnəviçilərin imamı və Şərq əfsanəsi yazanların şeyxi» saymışlardı. Bu baxımdan Nizami, eni-boyu ölçülməyən bir yaradıcıdır; klassik istilahla möcüzədir. Bunun ən böyük sənədi olmaq üzrə, özündən sonra heç bir şairə onun bağışladığı mövzu, vəzn və şəkil xaricində dastan yazmanın nəsib olmadığı irəli sürülməkdədir». (Muhəmməd Əmin Rəsulzadə)
  • İlyas Yusif oğlu Nizami Gəncəvi! Dünyanın hər bir tərəfində – istər Doğuda və Batıda, istərsə də Quzeydə və Güneydə – hər yanda milliyyətindən, soyundan, dinindən, irqindən asılı olmayaraq Nizamini oxuyan hər kəs onun şer sənətinin gücünə, elminin dərinliyinə, sözlərinin hikmətinə heyran qalmış, bu nadir şəxsiyyətdə hər şeydən əvvəl müdrikliklə yanaşı, onda olan ülvi səmimiliyi və bir də yüksək əxlaqi təmizliyi dönə-dönə qeyd etmişlər. Nizami Gəncəvi 1141-ci il avqust ayının 22-dəanadan olmuş, hərtərəfli təhsil almış, mövcud elmlərə mükəmməl yiyələnmiş, bu sahələrdə öz sözünü demiş, bir çox məsələlərdə zamanı qabaqlamışdır. Tam haqlı olaraq demək mümkündür ki, o, yaşamış olduğu dövrünün mənəvi dəyərlərini yaxşıca öyrənmiş, ana dili olan türk dilindən başqa ərəb və fars dillərini mükəmməl bilmiş, bir neçə dillərə də bələd olmuşdur. Nizami Gəncəvinin yazdığı ilk əsərləri qəsidə və qəzəl olmuşdur. Dahi şair keçmişdaşlarından və çağdaşlarından fərqli olaraq qəsidə və qəzəl yaradıcılığında əsl çevriliş etmiş, onlara yeni ruh, can vermişdir. Bu baxımdan Nizami şerləri öz səmimiliyi, həqiqiliyi, məftunedici gözəlliyi ilə başqalarınkından kəskin surətdə fərqlənir. Onuniyirmi min beytlik lirik şerlər toplusu – «Divan»ı olmuşdur. Amma təəssüflər olsun ki, bu qiymətsiz xəzinə tam şəkildə bizim dövrümüzə qədər gəlib çatmamışdır.
  •                                                                               
  • Allahu Təalənin ona bəxş etdiyi qabiliyyət və dərin zəka, fitri istedad sayəsində gecə-gündüz bilmədən çalışaraq biliklərə yiyələnmiş, elmin bir çox sahələri üzrə öz sözünü deyərək dövrünün Ən qabaqcıl Alim və Ziyalısına çevrilmişdir. Əbədilər qəsrinə, şahlıq adlı büsata, Mədh yazan şairlər xeyli yığışıbsa da, Nizaminin yanında ədəb gözlərlər yəqin, Nizami – Nizamidir, bəs onlar kimdir, deyin? Şeyx Nizami Gəncəvi Həzrətləri on ikinci əsr Azərbaycanında yaşamış Müslüman Ziyalının Parlaq Simasını özündə əks etdirir. Onun xüsusi bir məhəbbətlə sevdiyi və tərənnüm etdiyi doğma vətəni Gəncə isə, orta əsrlərdə öz elm və texnikasının, iqtisadiyyat və mədəniyyətinin inkişafına, insanlarının rifah durumunun səviyyəsinə görə dünya miqyasında sayılıb-seçilən bəxtəvər şəhərlərdən biri idi. Ərəb səyyahı və coğrafiyaçısı İbn Heykəl bu barədə yazmışdır: «Gəncə böyük, zəngin və əhalisi çox olan bir şəhərdir. Bu şəhərin əhalisi çox sıxdır və onun sakinləri səxavətlidirlər, mülayim əxlaqa malikdirlər, xeyirxahdırlar, nəzakətlidirlər, xariciləri və alimləri xoşlayandırlar». «Gəncə türklərin böyük başkəndidir» (İbn Əzrək, ərəb səyyahı və tarixçisi). Böyük alim və şair heç bir zaman olmadığı ölkələri, orada yaşayan xalqların tarixini, mədəniyyətini, həyatını, adət və ənənələrini adıbəlli əsərlərində çox böyük ustalıqla əks etdirərək «öz səyahətləri» ilə doqquz yüz il sonra adamı heyrətə gətirir.
  • Nizami Gəncəvi-nin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox xarici ölkə şəhərlərinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
  • Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi tikilmişdir. 
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol